II tədris vahidi üzrə
Kiçik summativ qiymətləndirmə
1.Neyronun hissələrinin düzgün verildiyi sıranı göstərin:
A) Cisim,akson , peyk hüceyrələri
B)Cisim,peyk hüceyrələri, dendrit
C)Cisim, sinir ,akson
D) Cisim ,akson ,dendrit
2.Düzgün fikirləri göstərin:
a) Aksonun üzəri ağ mielin qişası ilə örtülüb.
b)Onurğa beynindən 18 cüt qarışıq sinir çıxır.
c) Peyk hüceyrələri neyronlardan 10 dəfə çox olur.
3.Aşağıdakılardan hansı sadə refleksə aiddir?
A) Gözdən yaş axması
B)yanan əlin oddan çəkilməsi
C)Diz refleksi
4.Uyğunluğu müəyyən edin:
I. Orta beyin A. Qan –damar ,tənəffüs mərkəzi
II. Uzunsov beyin B.Bədən temperaturunun tənzimi
III. Ara beyin C. Səs və işıq qıcıqlarına qarşı səmt refleksi.
5.Düzgün cavab variantlarının altından xətt çəkin:
Simpatik /parasimpatik sinirlər ürək fəaliyyətini gücləndirir.
Avtonom /somatik sinir sistemi daxili orqanların işini tənzim edir
Mərkəzi / periferik sinir sistemi baş beyin və onurğa beynindən ibarətdir.
6.Uyğunluğu müəyyən edin:
A, Daxili sekresiya vəzisi I. Cinsiyyət və mədəaltı vəzi
B. Xarici sekresiya vəzisi II. Hipofiz , qalxanabənzər vəzi
C. Qarışıq sekresiya vəzisi III. Göz yaşı, ağız suyu vəzisi
7.Düzgün cavab variantlarının altından xətt çəkin:
a)İnsulin hormonu çatışmadıqda şəkərli diabet / miksedema xəstəliyi yaranır.
b)Adrenalin böyrəküstü vəzin / epifizin hormonudur.
c)Timus / qalxanabənzər vəzi uşaqlarda cinsiyyət vəzisininin vaxtından əvvəl yetişməsinin qarşısını alır.
8. İnsanda hansı xəstəlik zamanı gözlər bərəlmiş vəziyyətə düşür.
A) Miksedema B)Meningit, C)Akromeqaliya , D) Bazedov
9.Uyğunluğu müəyyən edin:
A. Akromeqaliya I. Beyin qişalarının iltihabı
B.Meningit II. Hipofizin hormonunun az ifraz olunması
C.Cırtdanboyluluq III. Yaşlı insanda burun, qulaq və s,-nin eybəcər şəkildə
böyüməsi
D. Poliemielit IV.Onurğa beyninin hərəki neyronlarının dağılması
10.Hansı vəzi” Bioloji saat” rolunu oynayır.?
A) Qalxanabənzər vəzi,
B) Böyrəküstü vəzi,
C) Hipofiz,
D)Göz yaşı vəzisi
E)Epifiz