Biologiya 6- sinif
II fəsil üzrə kiçik summativ qiymətləndirmə
1.Düzgün ifadələri “+”, səhv ifadələləri isə “-“ ilə işarələyin:
A) Lupa əşyanı 10- 15 dəfəyə qədər böyüdür.
B) Tubus mikroskopun hissəsi olub,baxış borusu adlanır.
C) Okulyar çərçivə və iki böyüdücü şüşədən ibarətdir.
D) Lupanın böyütmə dərəcəsi mikroskopdan qat-qat böyükdür.
2. “Hüceyrə “terminini elmə hansı alim gətirmişdir?
A) İ.V. Meçnikov, B) R, Huk, C) A. V. Levenhuk
3 . Uyğunluğu müəyyən edin:
A.Bitki hüceyrəsi I. Hüceyrə divarı
II. Plazmatik membran
B. Heyvan hüceyrəsi III. Xloroplast
IV. Vakuol
4.Hüceyrə hansı hissələrdən ibarətdir?
A)Xromosom ,membran,nüvə B)Plastid ,nüvə sitoplazma
C) Nüvə, sitoplazma ,qılaf D) Nüvə, xromosom ,plastid
5. Açar sözlərdən istifadə edərək ifadələri tamamlayın:
Bitkinin yaşıl rəngli pastidləri----------- adlanır. Onlara yaşıllıq verən-------------dir.Bitkinin digər hissələrinə rəng verən plastidlər ------------ adlanır.Rəngsiz hissələrdə isə -------------- rast gəlinir.
Açar sözlər; Xlorofil, leykoplast, xromoplast, xloroplast
6.Bakteriyalar 30 dəqiqədən bir bölünürsə ,1 saat ərzində yaranan bakteriyaların sayı neçə olar?
A) 4, B) 8 ,C) 6 D)12 , E) 2.
7.Uyğunluğu müəyyən edin:
A. Yalançı ayaqlar I. İnfuzor- tərlik
B. Qamçı II. Amöb
C. Kirpikciklər III. Yaşıl evqlena
8.Bitkilərdə (I), heyvanlarda (II) neçə cür toxuma növü olur?
A) I-4; II-5, B) I-6; II-7,
C) I-4; II-8, D) I-6; II-4
9. Toxumalar birləşib nə əmələ gətirir?
A) Hüceyrə, B) Orqanizm ,C) Orqan, D) Orqanlar sistemi
10. Hansı sırada heyvanların tənəffüs sisteminə aid orqanlar düzgün gösrərilmişdir?
A) Ürək, ağ ciyərlər, damarlar
B) Ağ ciyərlər , traxeyalar , qəlsəmələr,
C) Böyrəklər , mədə , qəlsəmələr,
D) Qara ciyər ,ağ ciyərlər , traxeyalar