Mənim həyat qanunlarım
Çıxış
Söz verdiyiniz üçün təşəkkür edirəm və özümdən böyüklərdən üzr istəyirəm,çünki çıxışım bir az məsləhət və ya nümunə xarakterli olacaq.Buna görə də sözüm gənclərədi. Həyatda uğur qazanmağın bir çox yolu var, amma uğur qazanmağı hamı istəyirmi və ya bacarırmı? Mənim də öz həyat qanunlarım və ya uğur düsturum var.
Özünüz olun.
Özünüz olmaqdan qorxmayın. Bu həyatda rahat yaşamağin birinci yolu budur. Mövlanə demiş, Kim olursansa ol özün kimi gəl.Ya olduğun kimi görün ya göründüyün kimi ol. Əslində özü olmayan, kim olduğunu kəşf etməyən insan niyə yaşadığını dərk etmir, niyə yaşadığını bilmək, amal və ambitsiyalarını təyin etmək istəyirsənsə, I özünü kəşf etməlisən. Nə istədiyini, məqsədlərini , səni nəyin xoşbəxt etdiyini aydınlaşdırmalısan.Cəmiyyətdə dəyişikliər etmək, həyatı, dünyanı dəyişmək istəyrsənsə, yenə də ilk özündən başlamısan. Hind filosofu yazır: Mən dünyanın dəyişmək və fərqli olmasını istəyirdim. Çabalarımın faydasız olduğunu gördükdə, öz dövlətim daxilinə dəyişikliklər etməyə çalışdım, onu da bacarmayacağımı gördükdə, öz ailəm və ən yaxınlarımda dəyişiklik etməyə cəhd etdim və nəhayət ki anladım ki, mən yalniz və yalnız özümü dəyişə bilərəm.
II -- Tanrı bizə çox nemət bəxş edib və biz bu nemətlər bizim mükafatımızdı və biz bu mükafatdan maksimum istifadə etməliyik. Yəni II düstur.
Öz resusrlarını kəşf etmək və onlardan istifadə etmək..Əgər sənə turş limon verilibsə, onu şirin limonata çevirmək sənin əlindədir.
III – hec kimdən kömək gözləməyin.
Həyatı özü yaşamaq, verdiyiniz qərarların arxasinda dayanın , bu qərarlar sizin həyat sığortanızdır. 1 dəfə istərsiz kəramətdən, 2 dəfə istərsiz mərhəmətdən, çox istərsiz hec vaz kecmədiyiniz üçün mükafatlanarsız. Qərarlar bizi arzularımıza aparan kiçik məqsədlərdi, ingilislər demiş steplər. Biz böyük arzularımıza gedən yolu hissələrə bölməli və addim addim getməliyik. Almanı bütöv uda bilmədiyi üçün heç kim alma yeməkdən imtina etməyib.
IV. Faydalı olun.
Həyatda həkim, müəllim,alim olmaqdan daha önəmli olan bir məqsəd , arzu var—insan olmaq, yaşadığı cəmiyyətə faydalı olmaq, əsil vətəndaş və şəxsiyyət olmaq. Həzrət Əli deyərdi ki, elm gözəldi amma elmlərin ən gözəli faydalı olandı.
V Yaxşılıq edin. Bizi ən çox xoşbəxt edən başqalarına verdiyimiz sevinclərdi. Yaxşılıq bir qadının əlindəki ağır yükə kömək etməkdən başlayır. Yaxşılığın böyüyü kiçiyi olmur. Qrimm qardaşlarının bir nağılı var. İki bacı olur. Biri hər gün insanlara kömək edir, o biri bacı isə böyük qəhrəmanlıq üçün məqam gözləyir. Və bu məqam heç vaxt olmur, bir ömür sadəcə gözləməklə keçir. Qəhrəman olmağı gözləməyin Qəhrəmanı hər hansı bir tarixi zaman yetişdirir. Ama siz hər günün qəhrəmanı ola bilərsiz. Və bu yaxşılıqlar sizin uğur qarantınızdır.
VI – Cəsarətli olun, etiraf edin, bağışlayın , unudun. Səhvlərinizi etiraf etməyə cəsarət edin, üzr istəməkdən səhvini boynunuza almaqdan qorxmayın, etiraf böyüklükdü. Sizə pislik etdiyini düşündüyünüz insanları bağışlayın və unudaraq ruhunuzu dinc saxlayın. Məşhur bir məsəl var: Rahat yaşamaq istəyirsənsə etdiyin yaxşılıqları və sənə edilən pislikləri unut, etdiyin pislikləri və sənə edilən yaxşılıqları unutma!
VII – Təmənnasız olun.
İsa peyğəmbər 10 cüzamlı xəstəni sağaltıqdan sonrayalnız biri ona təşəkkür edir. Bunu görən birisi— Ey peyğəmbər , bax görürsən insanlar nankordu, sən onları ölümdən qurtardın onlarsa sizə bir sağ belə qıymır. Peyğəmbər cavab verir ki, mən hec nəyi sağ ol üçün etmirəm. Təmənna gözləyərək etdiyin yaxşılıq yaxşılıq deyil başqasına verdiyin borcdur. Etdiyiniz sağ ol mükafat xatirinə etməyin. Mükafatınızı Tanrıdan gözləyin. İnsan insana tanrınin verdiyin fərqli heç nə verə bilməz, insan insan olsa olsayaşaması üçün kömək ola bilər əl ələ çiyin çiyinə.Təmnnasızlığın ikinci bir tərəfi də var ki, uman yerdən küsərlər. Nə umursuz, nə küsürsüz və nədə kədərlənirsiz.
VIII -- Deyinməyin, həyatdan gileylənməyin. Beyinimizi kitaba bənzətsək, gileyləndikcə, kitab vərəqlərə, vərəqlər kiçik parçalara bölünür və sonra toz halına gəlir. Və psixoloqların məşhur bir kəlamı..Kəpəyi mişarlamırlar. Gileylənərək yaxınlarınızın əhvalını korlayır və zamanla onları itirirsiz.
IX--- Ətrafınızı sizi incidən, ruhdan salan insanlardan təmizləmək, elə adamlardan uzaq olmaq. Enerji daşıcılığına görə insanlar 2 yerə bölünür: motevatorlar və demotevatorlar. Sizə ruh verən, yaxşı işlərə səsləyən, yanınızda olanda hətta susduğunda belə sizə rahatlıq verən insanların qədrini bilin. Demator insanlardan uzaqlaşın, Onlar ən yaxın adamlarınızdırsa, onları demativatordan matevatora cevirməyə çalışın. Özünüz də basqa insanlara matevator olun.bağışlamağa hec nəyim olmadığınızı düşündüyümüz anda belə ürəkdən gələn, səmimi bir təbəssümüz var. Təbəssüm bağışlayın. Ən pis məqamda belə hər şeyin gözəl olacağına bütün varlığınızla inanın. Və sonda
Həyatı bütün gözəllikləri ilə yaşamaq bizim haqqımızdı. Dünya yeddi rəng deyil . Rəssamlar gözəl bilir 7 isti və soyuq rənglər iki ağ qara neytral rənglərdən, nə 1 milyon, nə 2 milyon..düz 16 milyon rəng çaları yaranır. Həyatı bütün rəngləri ilə sevin. Həyat acıları, şirinləri, arzularımız uğrunda çəkilən zəhmətləri ilə gözəldi. Sevin həyatı, insanları.Uğurun əsas yolu sevgidən başlayır.